Bayrağımızı yerlə sürüyən Sevil-Sevinc bacıları tənqid olundu - FOTO

MAQAZİN
19:25 / 21.07.2020
3908

Sevil-Sevinc Səfərova əkiz bacıları yenidən bayraq geyimində olan fotoları paylaşaraq, izləyicilərin tənqid obyektinə çevriliblər.

Əkiz bacılar bir neçə il öncə Bayraq Günü ərəfəsində də həmin fotoları paylaşmışdılar. Onların yenidən bu fotoları öz "İnstagram" səhifələrində paylaşması izləyicilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, bacılar bayrağı libas kimi istifadə edib, onu yerlə sürüyüblər.

Xatırladaq ki, bundan əvvəl də bir neçə tanınmış sənətçi vətənpərvərlik mövzularda çəkdirdikləri kliplərdə bayrağımızın rənglərini özündə əks etdirən libaslardan istifadə ediblər. Onların arasında Xalq artisti Aygün Kazımova, əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, müğənni Elnur Məmmədov da var. Sənətçilərin bu addımı hər zaman tənqidlə qarşılanıb, müzakirələrə səbəb olub.

4
Musavat.com