Bu modelin əllərinin gözəlliyi ona gündə 10 MİN MANAT qazandırır - FOTO

MAQAZİN
22:25 / 29.07.2020
2147

Nina Teylor dünyanın ən məşhur "əl" modelidir. "Chanel", "Tom Ford", "Fendi", "Charlotte Tilbury" və digər lüks markaların zinət əşyaları, aksesuar və kosmetika reklamlarına hər dəfə baxdığımızda heyran olduğumuz barmaq və biləklər məhz ona məxsusdur.



Teylorun dünyanın ən gözəl əllərindən sayılan əlləri bir çox ulduzların "köməyinə çatır".



Nina əllərin yaxından görsənməsi lazım olan kadrların çəkilişi zamanı Haydi Klum, Cennifer Lourens, Skarlett Yohansson, Demi Mur və Corcia Mey Cagger kimi məşhurların dublyoru olub.

Jurnalların üz qabığında Teylorun ovucları da tez-tez modellərin əllərini əvəz edir.



2012-ci ildə "Jaguar" jurnalının fotosessiyasında Benedikt Kamberbetçin üzünü 5 dəqiqə sığallamaq müqabilində 1000 funt sterlinq (2200 manat) qazanıb.



London ulduzu "əl model biznesinin Keyt Mossu" adlandırılır. O, günə 5 min avrodan (10 min manatdan) çox pul qazanır. İşi isə "başından aşır".







“Sadəcə əllər olmaq anonim olmaq deməkdir, heç bir maraq ziddiyyətiniz yoxdur. İstənilən, fərqli, hətta rəqabət aparan markalarla işləyə bilərsiniz. Əllər, üzdən fərqli olaraq, bezdirici olmur", - deyə Teylor vurğulayıb.

Model hətta qazanc mənbəyini 2.000.000 funt sterlinqə sığortalayıb.

Yeri gəlmişkən, bir çox reklam plakatlarında onun ayaqlarını da görmək mümkündür.



Nina 20 ildən çoxdur ki, "əllərindən" pul qazanır. Bu müddət ərzində onun yadda qalan anları çox olub.

Məsələn, o, platin qolbağında 110 karatlıq brilyantı olan, dünyanın ən bahalı saatı "Graff Diamonds"u reklam edib. Saatın qiyməti 55 milyon dollardır.



Model biznesi ilə yanaşı, Nina vaxtının çox hissəsini qızlara düzgün əl baxımından danışmaqla keçirir. O, moda jurnalında "Manikur muzası" adlı rubrikasına yazılar yerləşdirir və "Leighton Denny" manikür markasının nümayəndəsidir.



Onun əsas sirlərindən biri dırnaqlarını daim nəmləndirməsidir. Teylor bu proseduru gündə 20 dəfə edə bilər. Bundan əlavə, Nina yalnız xrustal "pilka"lardan istifadə edir və bütün qadınlara bunu məsləhət görür.





















 

0
Big.az