Beren Saat "Quruluş Osman"a görə üsyan etdi

MAQAZİN
14:46 / 02.08.2020
2337

Türkiyənin məşhur aktrisası Beren Saat pandemiya dövründə sosial məsafəni qorumaqla çəkilişlərinə davam edən "Quruluş Osman" serialını tənqid edib.

"Atiyə" serialında rol alan aktrisa reytinq rekordu qıran "Quruluş Osman" da daxil olmaqla bəzi serialların çəkilişinə etiraz edib.

"Hamı evdə ikən daha çox reytinq toplamağı hədəfləyirlər. Digərləri serial çəkə bilmir, biz çəkək deyə fürsətçilik edirlər. Heç işini bilməyən insanlar bütün sahələri ələ keçirməyə çalışırlar. Televiziyada da, sinemada da...Bizdə təşkilatlanma və birləşmə mümkün olmur. Çünki kimlərsə həmişə təşkilatlandığınız yerdə sizi aşağı çəkir. Bir az keyfiyyət azalır, lakin davam edir və beləliklə təşkilatlanma olmur".

0
Teleqraf.com