Jerar Depardyenin başı yenə dərddə

MAQAZİN
19:56 / 02.08.2020
1579

Aktyor Jerar Depardye yenidən polis bölməsinə çağrılıb.

Xarici KİV xəbər verir ki, aktyorla bağlı 2018-ci ildə edilən şikayətə polis yenidən baxmağa başlayıb.

Adını gizli saxlayan 24 yaşlı qız Jerarın ona təcavüz etdiyini söyləyib. Hadisə 2018-ci ildə qızın Depardyenin evinə pyes məşqinə getdiyi zaman yaşanıb. Bir il əvvəl araşdırma nəticəsiz qalıb və iş bağlanıb. Aktyor iddiaları rədd edib.

Hazırda isə iş yenidən açılıb və Jerar polis bölməsinə aparılıb.

0
Axsam.az