Müğənni Şəbnəm Tovuzlunun Novxanıda yerləşən villasını əməkdar artist Könül Kərimovaya satdığı barədə məlumat yayılıb.
Musavat.com-a mövzu ilə bağlı danışan ifaçı isə yayılan məlumatları yalan adlandırıb: “Villamı satmışam, amma alan şəxs Könül xanım deyil. Bu haqda çox danışmaq istəmirəm. Şükür Allaha hər hansı maddi problem yoxdur. Sadəcə olaraq dəyişiklik olmasını istəyirik”.
Qeyd edək ki, Müğənni Şəbnəm Tovuzlunun Novxanıda yerləşən villasını 600 minə satdığı haqda xəbər yayılıb. Elan saytlarının birində yerləşdirilən məlumata görə, villa 365 kvadratmetr sahəyə malikdir və ikimərtəbəlidir.
Könül Kərimova isə bir müddət öncə Novxanıda villa aldığını açıqlamışdı.