Dünyanın məşhur simaları 2020-ci ili “dayanmağa” səsləyərək, həyatlarında pandemiya ilə əlaqədar yaranmış vəziyyəti fotolarla izah etməyə çalışıblar.
REN TV xəbər verir ki, çelenci ABŞ-dan olan aktrisa Riz Uizerspun başlayıb.
O, əhvalının aylar ötdükcə daha çox pisləşməyə doğru getdiyini nümayiş etdirməyə çalışıb.
Məşhurlardan Qarner Cennifer, Kara Delevin də çelencə qoşularaq, 2020-ci ilin həyatlarının ən çətin keçən ili kimi qiymətləndiriblər.