“Üç-dörd müğənni var ki, "Sevimli şou" ilə tanınıb, ondan sonra ad aldılar. Amma indi deyirlər ki, verilişə gəlmirik”.
Bu sözləri tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu Xəzər telekanalında yaımlanan “5/5” verilişində qonaq olarkən deyib.
O vaxtilə onun verilişə gələn Aygün Kazımovanın indi gəlmək istəmədiyini bildirib:
"2011-ci ilin sentyabrında Aygün xanımla açılış etdik. İndi onlar bizim verilişə gəlmirlər. Fəxri adı olan bir müğənniyə yaxınlaşdım ki, qonaq gəl. Qayıtdı ki, başqa aparıcılar deyir, onun proqramına getsən, bizə gəlmə. Başqa bir ifaçı da eyni sözü deyib. Niyə? Adamyeyən var mənim verilişimdə?".
Aparıcı proqramın formatını dəyişəndə sponsorların da ondan imtina etdiyini açıqlayıb:
"İki il dəyişdim. Reytinq oldu 0,72. Sponsorlar getdi. Həmin ərəfədə Cahangir Cahangirov, Fikrət Əmirov musiqiləri səsləndirdim. Verilişdə Mixail Şoloxovdan, Rabindranat Taqor, Qabriel Qarsiya Markes danışa bilərəm. Amma tamaşaçı üçün maraqsızdır. Efirdə "daraq-duraq" edəndə 9 sponsorum var idi, reytinq qalxırdı hara".