İspaniyalı aktyor Antonio Banderas yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
HİT.Az-ın xəbərinə görə, aktyor bu barədə özünün “Twitter” hesabında yazıb.
A. Banderas COVID-19 testinin pozitiv çıxdığını bildirib.
“Özümü nisbətən yaxşı hiss edirəm, sadəcə bir qədər yorğunam. Əminəm ki, tezliklə sağalacağam”, - deyə aktyor vurğulayıb.