“11 il əvvəl vəziyyətim o qədər pis idi ki, mən 2 ay dəlilərlə dəlixanada yatmışam“.
“Ölkə.Az”xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “Xəzər” televiziyasında yayımlanan “Ay Zaur” verilişində deyib. Proqramda ifaçı bəzi təzadlı məqamlara da toxunub.
“Evliliyim zamanı o qədər problem yaşadım ki, dərin depresiya keçirdim. O zaman çox heyif ki, böyük sözünə qulaq asmadım, düşdüm çirkabın içinə. Çox ağır günlər keçirdim. Bilmirəm mənə nə olmuşdur, ağzımı bağlamışdılar, nə etmişdilər vallah, bilmirəm. Hamı da elə bilirdi ki, mən xoşbəxt idim”,- deyə o, bildirib.
Daha sonra o, həyatında ən çox utandığı gündən danışıb.
“Ailəmin sözünə qulaq asmayıb evləndiyim gün, həyatımın ən utanverici günüdür. Buna görə də çox peşman olmuşam”.
Qeyd edək ki, Kərim Abasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evlənsə də, cütlük qalmaqallı şəkildə boşanıb. Onlar ayrıldıqdan sonra ifaçı, yenidən Təranə adlı xanımla ailə qurub. Cütlüyün bir oğlu var