Uzun müddətdir ki, Xalq artisti Könül Xasıyeva səhhəti ilə bağlı problemlər yaşayır. Sənətkarın sinir ağrılarından əziyyət çəkdiyi, onurğa sütununda problemlər olduğu bilinir. Eyni zamanda Könül xanımın oğlu Kazım da “turetta” xəstəliyindən əziyyət çəkir. Yaxın zamanda anası vəfat edən xanəndə çətin günlər yaşayır.
“Sherg.az” da zaman-zaman sevimli sənətkarımızın səhhəti ilə maraqlanaraq, onun yanında olmağa çalışır. Yenə də Könül xanımla əlaqə saxlayaraq son sağlıq durumunu öyrəndik. Xalq artisti yaxşı olduğunu bildirərək bunları söylədi:
“Həmişə olduğu kimi müalicələr götürürük. Müalicələrlə yaşayırıq".