Məşhur aktyor serial çəkilişi zamanı xəsarət aldı - FOTO

MAQAZİN
16:33 / 16.08.2020
1529

Yeni mövsümü ilə ekrana qayıtmağa hazırlaşan məşhur aktyor Murat Yıldırımın rol aldığı "Ramo" serialının çəkilişləri zamanı qəza keçirib.

Aktyor Murat Yıldırım dava səhnələrinin çəkilişi zamanı aldığı zərbələr səbəbindən üzündən yaralanıb. Məşhur aktyorun üzündə şişkinlik və qançırlar yaranıb.

Çəkilişlərə ara vermək istəsələr də, aktyor etiraz edib. Murat Yıldırım buz müalicəsi və makiyajın köməyi ilə çəkilişlərə davam edib.

Qeyd edək ki, "Ramo" serialı yeni mövsümü ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

0
Publika.az