Kim hardan geyinir? - Məşhurların geyimlərinin qiyməti açıqlandı (FOTO)

MAQAZİN
15:30 / 18.05.2020
2519

Məşhur dəb ikonası Koko Şanel deyirdi: “Dəb gedir, üslub isə qalır”. Məşhurlar da bu ifadəni əlində bayraq edib.


Müğənnilər yalnız oxuduqları mahnılar, göstərdikləri şou ilə deyil, həm də dəbdəbəli geyimləri ilə zövq oxşamağa çalışırlar.
 
 “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Zövqu və tərzi ilə göz oxşayan məşhur teleaparıcı Nərgiz Cəlilovanın geyindiyi uzun, bel hissəsi böyük bantla bağlanmış şıq libas “Alek Perry” brendinə məxsusdur. Sinə dekolteli paltarın qiyməti 3 700 manatdır.
Xalq artısti Tünzalə Ağayeva tərzi ilə seçilən məşhurlardandır. Sənətçinin qarderobunu bahalı libaslarla yanaşı, “mass market”dən olan geyimlər də bəzəyir.

Tünzalə “ZARA” markasından 270 manatlıq ağ, üzəri tünd göy zolaqlı libas geyinib. “Look”unu tamamlamaq üçün müğənni “Gianvito Rossi” brendinə məxsus, dəyəri 1 270 manat olan ayaqqabı ilə burnu açıq, tünd göy rəngli ayaqqabıda izləyicilərinin görüşünə gəlib.
Müğənni Gülay Zeynallı milli estradamızın dəblə geyinən xanım sənətçilərindədir. Son fotosessiyası ilə gündəmə gələn müğənninin rəngarəng geyimləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
 
Gülayın fotosessiyasında istifadə etdiyi “Birgitte Herskind” markasına məxsus açıq mavi, üzəri kiçik, yumru naxışlarla bəzədilmiş libasın qiyməti 1 900 manatdır.
1
Oxu.az