“Son 20 gün ərzində üç toydan imtina etmişəm”.
Hit.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev News24.az-a açıqlamasında deyib.
O, bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: “Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.