Əməkdar artisti Ədalət Şükürov Operativ Qərargahın bu gün muzey və sərgilərin açılması ilə bağlı verdiyi qərarı sərt tənqid edib.
Sənətçi “Instagram” səhifəsində videomüraciət yayaraq, Operativ Qərargaha səslənib:
“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir. İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”
Xatırladaq ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən avqustun 31-dən etibarən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.