\"Kurtlar vadisi\"nin məşhur aktyoru çəkiliş zamanı öldü

10:34 / 01.09.2020
1674

Türkiyənin məşhur aktyoru Haldun Boysan "Maira və Mustafa" serialının çəkilişi zamanı dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi infarkt keçirməsi olub. Haldun Boysan "Kurtlar vadisi", "Canım ailəm", "Selena", "Beni unutma" kimi məşhur seriallarda rol alıb.

Qeyd edək ki, H.Boysan 1958-ci ildə Ankarada anadan olub. “Kurtlar vadisi” serialındakı "Tombalacı Mehmet" obrazı ilə də məşhur idi. 

0