Nura Suri yeni biznesə başladı: “Sifariş üçün varlılar yazsın”

MAQAZİN
23:13 / 04.09.2020
1587

Pandemiya səbəbiylə toyların və konsert proqramlarının keçirilməsi dayandığından tikinti şirktlərinin birində reklam meneceri vəzifəsinə düzələn müğənni Nura Suri varlanmaq qərarına gəlib.

Tanınmış sənətçi bitkilərdən təbii efir yağların hazırlanmasına başlayacağını deyib.

Gündən-günə cavanlaşan sənətçi təbii bitki yağlarının qiymətinin də baha olacağını bildirib.

“Deməli, karantin təzə başlayanda evdən çıxmırdım, boş qalmayım deyə özüm bitki yağı düzəltmək qərarına gəldim. 1 litr yağ hazırlamaq üçün 1-2 ay vaxtım və 10 kq, bəlkə də çox gül istifadə etdim. Bədənimə krem əvəzi istifadə edirəm, dərim olub uşaq dərisi. Heç bir bahalı krem belə nəticə verə bilməz, həm də müalicəvidir. Gələn ilə sifariş götürəcəm. Bahalı olacaq. Sifariş üçün varlılar yazsın”, - Nura Suri açıqlamasında qeyd edib.

Məlumat üçün bildirək ki, efir yağları vaxtından əvvəl qocalmanın qarşını almaq üçün çox effektli vasitələridir. Balaca butulkada təbii efir yağı hazırlamaq üçün kiloqramlarla qızılgül ləçəyi toplamaq lazımdır.

Mütəxəssislərin sözlərinə görə, satışda olan yağların çoxu təbii deyil, onlar dəriyə hopmurlar. Əsl efir yağları insan orqanizminə dərhal hopur.

0
Publika.az