Gülay Kamillə ayrıldığını üstüörtülü etiraf etdi - VİDEO

MAQAZİN
13:20 / 04.09.2020
2273

Müğənni Gülay Zeynallı yenidən boşanma xəbərləri ilə gündəmə gəlib.

Sənətçi MTV-də yayımlanan “10-dan sonra” proqramında qonaq olarkən treyner həyat yoldaşı Kamil Zeynallıdan ayrıldığını üstüörtülü şəkildə etiraf edib:

“Özümü şou-biznesdə yox, incəsənət aləmində görürəm. Məni hər kəs sevə bilməz. Düşünürəm, verilişlər, jurnalistlər reytinq istəyir. Mənim haqqımda yazmaq olar, normal haldır. Amma insan düşünməlidir ki, yazdığı şəxs tək deyil, ailəsi, anası var. Nə yaşayırıqsa, istəyimizdən asılı olan bir şey deyil. Alnımıza yazılan qismətdir, bunu heç kim poza bilməz. Məsələn, mən gedirəm, ayağım büdrəyir, yıxılıram. Deyirəm ki, şükür, qismətimdir. Ona görə də bu yazıları görəndə pis oluram”.

Qeyd edək ki, ötən gün parla.az saytında sənətçinin artıq subay olduğunu iddia edən sənəd yayılıb.

Xatırladaq ki, G.Zeynallı idmançı həyat yoldaşı ilə 2010-cu ildə ailə qurub. Onların bu nikahdan Sahilə adlı qız övladı var.

 

0
“Qafqazinfo”