Gürcü ansamblı “Ayrılıq” mahnısını ifa etdi: “Azərbaycana sevgi ilə” - VİDEO

22:53 / 07.09.2020
2048

Gürcüstanın məşhur "Bravo Metexi" ansamblı Azərbaycanın "Ayrılıq" mahnısını ifa edib.

Day.Az marneulifm ifanın videoçarxı musiqi qrupunun "Facebook" səhifəsində "Azərbaycana sevgi ilə" sözlərilə yerləşdirilib.

Ansamblın üzvlərinən biri ifadan öncə deyib ki, Azərbaycan hər zaman etibar edə biləcəyin ölkədir: "Azərbaycan bizim uğurumuza sevinir. Azərbaycanla dostluqdan bütün gürcülər fəxr edir. Bu möhtəşəm mahnını sizin üçün bacı və qardaşlarınız olan gürcülər səsləndirir".

0