Ötən həftə boşanma xəbəri yayılan Xalq artisti Emin Ağalarov paylaşımı ilə diqqəti özünə cəlb edib.
HİT.Az xəbər verir ki, sənətçi piano arxasına keçərək, qızı Afina üçün “Still” adlı debüt mahnısını oxuyub.
E.Ağalarovun “Hələ 2005-ci ildə bu bəstəni yazmışdım. Qızıma mahnı oxumaq çox özəldir” başlığı ilə 1,9 milyonluq “Instagram” hesabında bölüşdüyü görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan ayrılıb. 2018-ci il iyulun 14-də ailə həyatı quran cütlüyün bu nikahdan Afina adlı qız övladı var.