Müğənni Afaq Aslanın “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri yayılıb.
“MediaPost”un məlumatına görə, onlar Nusret Gökçenin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub. Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.
Müğənni sözügedən görüşdən heç bir paylaşım etməyib.
Qeyd edək ki, Mas və Muhanad bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir. A.Aslan isə sonuncu dəfə mediada braziliyalı iş adamına ərə getməsi barədə çıxan xəbərlərlə yer alıb.