Günay bu dəfə yaxtanı seçdi - FOTO

MAQAZİN
23:05 / 14.09.2020
1748

Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib.

Sənətçi yaxtada fotoqraf Niko Abbasovun kamerası qarşısına keçib.

O bildirib ki, çəkiliş təklifi fotoqraf tərəfindən irəli sürülüb: “İdeyanın müəllifi özüməm. Əslində hər mövzuda fotosessiyam olub. Amma məhz yaxtada çəkiliş etməmişdim. Düşündüm ki, havalar nə qədər soyumayıb, belə bir iş görək. Bu, həm də komandamın işidir. Buna görə də əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

G.İbrahimli fobiyalarından da söz açıb: “Üzə bilsəm də dənizə qarşı fobiyam var. Amma ən böyük qorxum hündürlükdür. Yüksəklikdən aşağı baxa bilmirəm”.

0
Qafqazinfo.az