Bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür. Tədris ili koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən məktəblərdə yeni qaydalar tətbiq olunur. Övladını bu gün birinci sinfə yola salanlar arasında tanınmış simalar da var.
Axşam.az övladını, nəvəsini ilk dəfə məktəbə yola salanları təqdim edir:
Əməkdar artist Gülüstan Əliyevanın nəvəsi Banu birinci sinfə yollanıb.
Aparıcı Aytəkin Mərdanovanın qızı Nərgiz də bu il məktəbə başlayıb.
Əməkdar artist Vasif Məhərrəmlinin oğlu Məhəmmədəli bu il birinci sinfə gedənlər sırasında yer alıb.
Dijah ləqəbli müğənni Diana Hacıyeva qızını birinci sinfə yola salıb.
Müğənni Ceyhun Əliyevin qızı İradə birinci sinfə gedib.
Müğənni Günel Məhərrəmovanın yeganə qızı Məryəm də bu ildən şagird adını qazanıb.