Xalq artisti Emin Ağalarovun yeni mahnısını təqdim edidb.
Bu barədə müğənni, iş adamı özünün "İnstagram" səhifəsində məlumat verib. Yeni mahnı "Fatimə" adlanır.
"Ola bilər ki, bu mənim üçün çox gözlənilməz bir mahnı oldu. Amma hər zamankı kimi - ürəkdən və Maksim Fadeyev hər şey sənin sayəndə. Dinləyin, yükləyin. Artıq bütün rəqəmsal dünyada. Şərhlərinizi gözləyirəm". Artıq ifaçının yeni mahnı ilə bağlı paylaşımını 100 minə yaxın izləyicisi bəyənib.
İzləyicilərindən bəziləri yeni mahnının kimə həsr edilməsi ilə bağlı suallar veriblər. Xalq artistinin "Fatimə" ilə bağlı açıqlaması da özünü çox gözlətməyib.
"Bu şərti Yaxın Şərqə məxsus addır və Eminə ilham verən ürəyindəki yeni şahzadənin sirli saxlanması üçün bir vasitədir".
Baku.ws