“Valideyinlərim məni dünyaya gəlməmişdən qabaq oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim".
Bu sözləri Xalq artisti Məleykə Əsədova “Space” kanalında yayımlanan proqramda deyib.
"Atamdan sonra çətinlik, əziyyət nədir bildim. Zəif olmadım, çiynimdə böyük yük daşıdım.
Universiteti bitirəndə bir il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım”.
Mediapost.az