Bir bölümü 60 günə çəkilən tarixi serial başlayır - FOTO

MAQAZİN
23:29 / 21.09.2020
1820

Ekin Koç, Buğra Gülsoy, Hatice Şendil, Gürkan Uygun və Leyla Lydia Tuğutlu kimi aktyorların yer aldığı "Uyanış: Büyük Selçuklu" serialının çəkilişləri davam edir.

Serialın çəkilişləri üçün xüsusi şəhər inşa edilib. Sultan Melikşah’ın həyatından bəhs olunan tarixi serialın çəkilişləri üçün 7 min 500 kv.m. çəkiliş paviliyonu qurulub.

Tarixi serialın ilk bölümündə 150 nəfərlik texniki heyət, 50 nəfərlik aktyor heyəti, 3 minə yaxın kütləvi səhnədə çıxış edəcək köməkçi aktyorlar iştirak edib.

"Uyanış: Büyük Selçuklu"nun ilk bölümünün çəkilişləri 60 günə başa çatıb.

Serialın çəkiliş pavilionunda saray, mədrəsə, karvansaray, Anadolu Selçuklu Obası, Kınık Obası, Şelemzar şəhəri və Bizans Qalası qurulub.

Tarixi serialda 3 min aksessuar və 5 min kostyumdan istifadə edilir.

Tarixi serialda at minmə, qılınc təlimlərini isə Hollivuddan dəvət olunmuş xoreoqraf Nomad Stunts tərəfindən həyata keçirilir.

60 günlük çəkilişlərin 15 günü döyüş səhnələrinin çəkilməsinə həsr edilib. Döyüş səhnələrində 100 nəfər atlı olmaqla 400 nəfərlik yardımçı aktyor heyəti iştirak edib.

Serialın baş rol ifaçıları Ekin Koç və Buğra Gülsoy, Janbi Ceylan’dan, at minməklə bağlı dərslər alıblar.

Qeyd edək ki, "Uyanış: Büyük Selçuklu" tarixi serialı sentyabrın 28-də TRT 1 kanalında nümayiş ediləcək.

0
Open.az