Əfsanəvi “Yuxu” rok qrupunun albomu yeni versiyada - FOTO/VİDEO

MAQAZİN
23:50 / 22.09.2020
1383

Azərbaycanın əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb.

Bunu qrupun gitaristi Namiq Nağdəliyev bildirib.

Belə ki, N.Nağdəliyev sosial şəbəkədə paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib.

Rok qrupu 1988-ci ildə İbrahim Emin tərəfindən Sumqayıtda yaranıb.

“Yuxu”nun ilk mahnısı “Xəzərin sahilində” olub və onlara böyük şöhrət qazandırıb.

Qrup fəaliyyətini 2001-ci ildə dayandırıb.

Qrupun yaradıcısı İ. Emin 2019-cu ildə vəfat edib. Namiq Nəğdəliyev isə Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir, orada Kıraç, Funda Arar, Haluk Levent və digər bir çox ifaçılarla işləyir.

0
konkret.az