Xəbər verdiyimiz kimi Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.
Emin Ağalarovun keçmiş həyat yoldaşı Alyona Qavrilova sosial şəbəkə hesabından boşanması ilə bağlı açıqlama verib. O ayrıldıqlarını təsdiqləyərək qəti şəkildə bu haqda bir daha danışmaq istəmədiyini dilə gətirib:
"Qızımın mənimlə yaşadığını sübut etmək üçün onunla birgə fotolar paylaşmayacam. Bu faktdır! Biz ayrılmışıq! Burada heç nə paylaşmıram və paylaşmayacam da. Söhbət burada bitsin! Hər kəsə uğurlar! Bu mövzu mənim səhifəmdə tamamilə bağlandı", - deyərək qeyd edib.
Xatırladaq ki, cütlüyün bu evlilikdən Afina adlı bir qızı var.
Big.az