Nadir Qafarzadəyə AzTV-dən qadağa (Video)

MAQAZİN
14:04 / 01.05.2020
4248

Müğənni Nadir Qafarzadə AzTV telekanalı tərəfindən ona qadağa qoyulduğunu açıqlayıb. 

Bu barədə sosial şəbəkədə danışan ifaçı telekanaldan onu 10 gün əvvəl verilişə dəvət etsələr də, bu gün səhər zəng edib gəlməməsini bildiriblər:

"Təxminən 10 gün əvvəl "Eyvan" verilişinə çıxmalı idim. Hər şey planlanmışdı. Bu gün səhər saat 10-da zəng etdilər ki, verilişin formatı dəyişdi, orada başqa ifaçılar olacaq. Məncə, bu heç də belə deyil, bu, mənə qarşı olan növbəti haqsızlıqdır. Mən uşaq deyiləm, bəlli bir yaşım var, illərdir sənətdəyəm. Yəqin ki, bundan rəhbərliyin xəbəri yoxdur, olsa idi, belə bir şey baş verməzdi. Axı mən çıxıb insanlara anons edirəm. Sonradan anladım ki, deyəsən mən ümumiyyətlə, AzTV-də qadağadayam. Bunu açıq deyirəm, mən və mənim kimi bir çox ifaçılar qadağadadır. Çünki AzTV- də bəzi adamlar var ki, onlar idarə edirlər. Mən bilirəm televiziyada kimlər qabağımı kəsir. Nanəcib insanlar var, bu ömür boyu belə olub. Gələcəkdə də belə olacaq. Bizə düşmən lazım deyil ki, xaricdə düşmən axtarmayın, onlar öz içimizdədir. Biz az üzüldüm düzü, həm əziyyətimə görə, həm də sizlərə söz verdiyim üçün". 

Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovla əlaqə saxlanıb. O, Yenisabah.az-a açıqlamasında müğənnilərlə bağlə məsələyə Bədii Şuranın qərar verdiyini, yalnız onların səsverməsinin nəticəsindən sonra bu tip məsələlərin müəyyənləşdiyinu deyib: "Müğənnilər ilə bağlı məsələni AzTv-də Bədii Şura müəyyən edir, Şura qərar verir. Müğənnilərin AzTV, “Mədəniyyət” və “İdman” kanalında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır. Həmin şurada da bildiyiniz kimi, Xalq artistlərimiz, tanınmış musiqiçilərimiz, mütəxəssislərimiz təmsil olunur".

Həmin görüntüləri təqdim edirik:

5
Mənbə: Yenisabah.az