"Azərbaycanda kişi axtarıram ki, atama rüşvət verib"

MAQAZİN
19:53 / 23.05.2020
2179

Müğənni İlqar Xəyal Əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olub.

Sənətçi müasir musiqini tənqid edib. O bildirib ki, indi gənc ifaçılar oxuya bilmir:

"Hər zamanın öz ritmi var. Bizim dinlədiyimiz musiqilər indi gənclərin xoşuna gəlmir. Ritmlərə daha çox fikir verirlər. Rok qrupları bütün dünyada azalıb, hamısı fəaliyyətini dayandırıblar. Hamı keçib elektron musiqiyə. İndi gənclər vokal ifa edə bilmirlər, dillərinin altında mızıldanırlar. Yəqin belə qəbul edilir. Oturub onlardan öyrənməliyik. Oxumaq qalıb ikinci-üçüncü planda. Klassik janrdan başqa, estrada, pop musiqisində ciddi dəyişikliklər var".

İlqar bildirib ki, gündə beş dəfə Azan oxuyur:

"Bunu deməyə ehtiyac yoxdur. Amma sual verdilər deyə, söylədim. Utancaq adamam. Heç kimin qapısını döyüb, ağız açmamışam. Sıxıntılı anlarım olub, amma borc və rüşvət almamışam. Atam da elə insan olub. Müəllim idi, heç vaxt imtahanda rüşvət götürməyib. Azərbaycanda kişi axtarıram ki, atama rüşvət verib. Elə bil hal mümkün deyil. Bir dəfə Əməkdar artist atama pul gətirmişdi ki, mənə kömək et, universitetə daxil olum. Atam qaytardı pulu, dedi, gəl imtahan ver. Həmin xanım imtahan verdi, keçdi. İndi də Əməkdar artistdir".

0
Axsam.az