Çinarə ARB-dən getdi, Nazilə isə...

MAQAZİN
10:53 / 27.10.2020
2068

Aparıcı Çinarə Əliyeva ARB TV-dəki işindən ayrılıb.

“MediaPost”un əldə etdiyi məlumata görə, o, həftəiçi 5 gün yayımlanan “Xəbər ətər” verilişinin efirinə sonuncu dəfə 23 oktyabrda çıxıb.

Həmin gün verilişin qonağı olan Xalq artisti Brilliant Dadaşova və Xalq şairi Vahid Əzizlə aparıcı arasında narazılıqlar yaşanıb. Buna Çinarənin bəzi hadisələrdən informasiyasız olması və qonaqların sözünü tez-tez kəsməsi səbəb olub. Həmin verilişdən sonra aparıcı proqramdan və kanaldan uzaqlaşdırılıb.

“Bazar düzü” verilişinin aparıcısı Nazilə Səfərli isə layihədən öz istəyilə ayrılıb. O, yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin nə zaman yayımlanacağı isə bəlli deyil.

Qeyd edək ki, hazırda hər iki proqramda jurnalist Tahirə Məmmədqızı aparıcılıq edir.

0