“Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“ - Afət Fərmanqızı

MAQAZİN
12:29 / 22.01.2021
1562

“Heç görmüsünüz ki, Amerikada kimsə Xalq artisti olsun? Amerikanın Xalq artisti Maykl Cekson söhbəti yoxdur. Ona görə də bu adlar boş-boş məsələlərdir”.

Bu sözləri Yenisabah.az-a müğənni Afət Fərmanqızı son günlər müzakirə olunan fəxri ad məsələsi ilə bağlı danışarkən deyib. İfaçı fəxri adların boş məsələ olduğunu bildirib:

 “Mən çox şeyi inkişaf etmiş dövlətlərlə müqayisə edirəm. İstər elm sahəsi olsun, istər səhiyyə, istərsə də mədəniyyət. Bir çox şeydə onlar bizi qabaqlayıblar, bu, açıq aydın görünür. Mədəniyyət işçilərinə verilən fəxri ad mələlərində də həmçinin. Amerikada “Xalq artisti Maykl Cekson” söhbəti yoxdur. Ona görə də bu adlar boş-boş məsələlərdir”.

A.Fərmanqızı bəzi həmkarlarının fəxri ad almaq üçün şəxsən müraciət etməsinə də münasibət bildirib:

“Müğənnilərin fəxri ad almaq üçün müraciət etməyi özü gülməli məsələdir. Bilirsiniz, deyir palaza bürün, elnən sürün. Müğənnilərin çoxu o devizlə gedir. Xalqın sevgisinin qabağında heç nə dura bilməz. Xalq ya sevir, ya sevmir. Baxın, bu gün elə Xalq artistləri, Əməkdar artistlər var ki, onun birinin nə adını bilən var, nə də mahnısını istəyən. Biz xalqın içərisində oluruq, bunları görürük. Heç 100 manat verib balasının xeyir işinə aparan da yoxdur. Amma bu gün kimlər sevilir görürük. Sosial şəbəkə çox gözəl göstəricidir. Sosial şəbəkələrə girsəniz özünüz məndən də yaxşı görəcəksiniz. Hər gün el şənliklərinə yüksək qonorarla gedən müğənnilər mənim nəzərimdə Əməkdar artistdir, Xalq artistidir. Çox uzağa getməyək, elə baxaq qardaş Türkiyəyə. Orda da fəxri ad söhbəti yoxdur. Bunlar çoxdan qalmış məsələlərdir, yəqin ki, zamanla yoluna düşəcək. Məsələn, Zeynəb Xanlarovanın fəxri adı olub, mənim nəzərimdə Zeynəb xanımı əvəz edə biləcək ikinci bir sənətkar yoxdur. İndi özünüz düşünün, Zeynəb Xanlarova da o titullara layiq olsun, oxuya bilməyən  bəzi ifaçılar da?! Bu gülməli bir şeydir”.

2