Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz barədə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, aktrisa “Elgizlə izlə” proqramına qonaq olarkən Çingizin efirdə yalan danışdığını, narkotik aludəçisi olduğu üçün S. Aslanın mirasını dağıtdığını bildirib.
K. Əliyeva Çingizin talançılıqla məşğul olduğuna şahid olduğunu deyib: “O gün Çingizin olduğu efiri izlədim. Siyavuş qızıl sevirdi, dünyanın harasına gedirdisə, alıb gətirirdi. Evində seyfi var idi, pulunu da, qızılını da orada saxlayırdı. Bir dəfə “Hökmdar qızı” tamaşasına hazırlaşırdıq. Birdən Siyavuş otağıma qaçdı ki, “Jiqulinin” açarını ver, Çingiz açarı götürüb getdi. Demək, girib Siyavuşun otağına, maşının açarını götürüb qaçıb. Siyavuş qrimdən qaçdı, amma tamaşaya qayıdıb çatdı, gecikmədi. Onun evi klassik bina idi. “Nə oldu?”, - deyə soruşmadım. Bilirdim ki, gedib seyfi söküb, nə varsa götürüb. Çingiz yoxa çıxdı. Atanın həyatını məhv etdi. O ata neçə gün özünə dərd etdi ki, Çingiz haradadır?! 10-15 gün sonra “Kömürçü” bazarı deyilən yerdə, zibil qabının yanında “meyit”ini tapdılar. Aparıb müalicə etdirdilər.
Bir dəfə də Ofeliya Aslan (Siyavuş Aslanın xanımı, aktrisa - red.) zəng etdi ki, Çingiz ölür. Siyavuş gedib görüb ki, ağzından köpük gəlir. Siyavuş müalicə etdirib. Dedim, qoyardın ölsün. O insan ki, narkotiklə məşğuldur, ata-ananın ciyəri yansa da, onun ölümü haqdır. Ailə üçün şərəfdir. Bütün ailənin şərəfini, namusunu, qeyrətini paramparça edirlər. Siyavuş ikimərtəbəli ev tikmişdi: birində Ofeliya, digərində özü qalırdı. Çingiz o evləri dağıtdı. Onun ayıbını qara torpaq örtə bilər. Bu gün o evləri 5 milyona satmaq olardı”.
Qeyd edək ki, Çingiz bir müddət əvvəl efirə çıxaraq küçədə yaşadığını bildirmiş, kömək istəmişdi. Daha sonra aktyorun oğlu müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.