Əməkdar artist Elza Seyidcahan şou-biznesin bəzi nümayəndələri haqda qalmaqallı açıqlama verib.
HİT.Az Lent.az-a istinadən xəbər verir ki, sənətçi Xatun Əliyeva, Türkan Vəlizadə, Pərviz Bülbülə, Şəbnəm Tovuzlunu tənqid edib. O, ifaçıları bayağı mahnı oxumaqda günahlandırıb:
"Şəbnəmin səsi var, amma uşaq vaxtdan muğam öyrənsəydi, daha yaxşı olardı. Düzdür, insanlar var ki, onu dinləyir, zövq alır. Onların ifasına peşəkar bəstəkar kimi yanaşıram. Sabah bir festivala qatılmaları üçün savad lazımdır. Onların mahnılarına qulaq assam, məhv olaram. Məni bir həftə otaqda saxlayın, onların musiqisini qoyun, məhv olaram. Mən və mənim qismimdə olan insanları öldürmək istəsəniz, onların mahnısını verin. Bizi öldürmək üçün zəhərə, narkotikə, minaya ehtiyac yoxdur. Biz onları dinləsək, ya dəli olacağıq, ya da intihar edəcəyik. Klassik əsərləri dinləyəndə isə ac da, susuz da qalmaq olar". / Lent.az