Tanınmış meyxanaçı Pərviz Bülbülə Türkiyədə başına gələn hadisə barədə danışıb.
HİT.Az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan meyxanaçı Türkiyədə qız üstündə döyüldüyünü deyib:
“Türkiyədə səfərdə idik, məclisdən çıxdıq. Taksim meydanında gəzirdim, başım qarışdı. Mağazalara baxırdım, fırlananda gördüm ki, bir qızdır, başında bandana, qulağında qəribə sırğalar, əlində spirtli içki düz mənim üstümə gəlir. Mən baxdım, fikirləşdim ki, bu görəsən mənim üstümə niyə gəlir? Yanımdan keçdi, fırlandım dala baxdım ki, bu nə etdi? Elə o an güclü bir yumruq dəydi mənə. Çox pis vurdu. Bir o yadıma gəlir, ondan sonrasını xatırlamıram, başım fırlandı. Hələ də fikirləşirəm ki, o yumruq mənə niyə dəydi görəsən… Sonra dedim yəqin fikirləşib ki, mən o qıza sataşdım filan. Bilmədim, mənə qaranlıq qaldı”.
Həmin görüntüləri təqdim edirik: