Müğənni Elton Hüseynəliyev maddi çətinlik çəkir. “Qafqazinfo” xəbər verir ki, sənətçi pandemiyada güzəranını yaxşılaşdırmaq üçün bir ay əvvəl avtomobilini satıb.
Bu barədə o, “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib: “Gördüm ki, maddi sıxıntılarım var, maşınımı satdım. Kədərlənmədim, sevindim ki, əlimə pul gəldi! Təxmini olaraq 22 min dollara satdım”.
Elton maddi sıxıntıları zamanı həmkarı Nadir Qafarzadənin ona yardım etdiyini söyləyib.
Bundan əlavə, müğənni əməkdar artist Teymur Əmrahın da çətinlik yaşadığını, bu səbəbdən evini satdığını açıqlayıb: “Qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı”.
Xatırladaq ki, Teymur Əmrah uzun illər evsizliyi ilə bağlı şikayətləri ilə gündəmdə olmuş, daha sonra adını açıqlamadığı şəxs tərəfindən mənzillə təmin olunmuşdu.