Bu gün infarkt keçirən Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkinin həyatını xilas etmək mümkün olmayıb.
Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında aktyorun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolu ilə tanınır.