Özcan Dəniz həbs oluna bilər - Həyat yoldaşını döydüyünə görə

MAQAZİN
23:39 / 08.03.2021
1631

Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Dənizə qarşı keçmiş həyat yoldaşı Feyza Aktanı döymə iddiası ilə açılan cinayət işi yekunlaşıb. Məşhur yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

“Haber Global”ın məlumatına görə, prokuror onun altı aydan bir il altı ayadək azadlıqdan məhrumetmə cəzasına layiq görülməsini tələb edir.  

Məhkəmə iddianaməsində F.Aktan Ö.Dənizin onu üç il öncə Sariyerdəki evlərində yumruqla vurduğunu, lakin sonradan ərinin peşman olması səbəbindən polisə şikayət etmədiyini bildirib. Daha sonra Gökçədə, üçüncü dəfə isə Almaniyada döyüldüyünü bildirən F.Aktan yalnız bundan sonra polisə müraciət etdiyini qeyd edib.

1