ARB TV-nin “Həmin Zaur” verilişinin növbəti qonağı Xalq artisti Aygün Kazımova olub.
Müğənni keçirdiyi ölümcül əməliyyatdan danışıb:
“Plastik əməliyyat edən dünyaca məşhur həkimin yanına, Türkiyəyə getdim. Çətin bir əməliyyata qərar verdik. Elə oldu ki, razılaşdıq, gün təyin olundu və mən əməliyyata girdim.
Əməliyyat uzun çəkdi, bir həftə sonra evə yazdılar. Və hər şey o zaman baş verdi. Özümü pis hiss etməyə başladım və qanaxmam oldu. Yeriyə bilmirdim. Xəstəxanaya apardılar və həkimim məni görən kimi yenidən əməliyyata aldı. Ard-arda bir neçə dəfə əməliyyat olundum. Elə bir haldaydım ki, düşündüm daha vətənimə geri dönməyəcəm, qızımı görə bilməyəcəm.
Özlüyümdə artıq hər kəslə vidalaşmışdım, amma heç kimə bu haqda söyləmirdim. Orada da hamı məndən əlini üzmüşdü. Çox ağır günlər keçirdim. 20-25 gün xəstəxanda qaldım. Bədən şəkilləndirmə əməliyyatı idi. Sonra bir möcüzə oldu və Bakıya gəldim. Bir ilə yaxın ev şəraitində qaldım. Yeriyə, hərəkət edə bilmirdim. Həmin anlarda şou-biznesdə olan insanlar artıq məni basdırmışdılar. Düşündülər ki, Aygün artıq yoxdur”.
Xalq artisti keçirdiyi çətin günlərin fotosunu ilk dəfə “Həmin Zaur” proqramında nümayiş etdirib.
Sözügedən görüntüləri təqdim edirik: