Aşıq Fəzail Miskin iş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu "Hollivud" restoranında baş verdiyi iddia olunan məsələyə münasibət bildirib.
Unikal.org-a açıqlama verən F.Miskinli adıçəkilən restoranda ziyafətdə iştirak etmədiyini deyib:
"Mən ümumiyyətlə o restoranda iki il öncə olmuşam. İstənilən şadlıqda dava ola bilər. Əgər belə şey olsa, deyərdim. Mən aşıq olmaqla bərabər pedaqoqam. Gənclərə təhsil və tərbiyyə verirəm. Mən onlara örnək olmaq üçün hər addımıma fikir verirəm. Tanışlarım bu xəbərdən narahat olub, mənimlə əlaqə saxlayırlar. İnanın səmimiyyətimə mən həmin restoranda bu yaxınlarda olmamışam. İştirak etmədiyim məclisdə məni necə vura bilərlər?"