Afət efirə makiyajsız çıxmasa, 3 min “cərimə“ ödəyəcək

MAQAZİN
16:54 / 16.03.2021
1326

Müğənni Afət Fərmanqızı üç ay efirlərə makiyajsız çıxacaq.

Yenisabah.az xəbər verir ki, ifaçı “Həmin Zaur” proqramında qonaq olarkən bununla bağlı müqavilə imzalayıb.

Belə ki, verilişin aparıcısı Zaur Kamal müğənninin qarşısına şərt qoyub. Müqaviləni imzalayan A.Fərmanqızı üç ay müddətində makiyaj edərək efirə çıxarsa 3 min manat cərimə ödəyəcək.

O, sözünə əməl edəcəyini bildirib:

“Makiyajsız efirlərə çıxa bilərəm. Bununla bağlı heç bir kompleksim yoxdur. Onsuz da mənə izləyicilər yazır ki, makiyaj etmə. Bundan sonra makiyajsız çıxacağam”.

0