Ötən gün aktrisa Beren Saatla həyat yoldaşı Kenan Doğulu sərgilərdən birindən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalistlərlə ayaqüstü söhbət edən aktrisa ilk dəfə çıxaracağı albomundan danışıb:
“Kənan mahnılarımı əla şəkildə aranjıman etdirib. Ümid edirəm ki, bu albom arzuladığımdan da gözəl olacaq. Buna görə də çox həyəcanlıyam”- deyə Beren bildirib.