Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik.
Kult.az Nyus24.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.
O bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir:
"Xalq artistimiz Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi”.