Ölümdən dönən aktrisa hadisə barədə danışdı

MAQAZİN
19:48 / 30.03.2021
1954

Ötən gün aktrisa Şevval Sam Cihangirdə kameralara tuş gəlib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, jurnalistləri görən aktrisa onlarla bir az söhbət edib. Şevval media əməkdaşlarının ona, illər əvvəl keçirdiyi avtomobil qəzası ilə bağlı sual verməsindən sonra, ilk dəfə bu haqda danışıb:

“Avtomobil qəzası 2005-ci ildə baş verdi. Amma məndə günah yox idi. Qarşıdan gələn motosikletçi əks istiqamətdən gəlirdi və qırmızı işıqda da yolu keçmişdi. Motosiklet idarə etdiyi halda papağı və sürücülük vəsiqəsi də yox idi. 79 yaşında yaşlı adam idi, gözləri də yaxşı görmürdü. Qəzaya səbəb olmuş kimi görünsəm də, günahım yoxdur. Həm artıq üzərindən 16 il keçib. O vaxtdan sonra bir daha qəzaya düşmədim. O qəzada da təqsirim yox idi. Olsa idi bunun bədəlini ödəyərdim”.

0