Ölümlə hədələnən aktyorun istəyi rədd edildi

MAQAZİN
23:58 / 31.03.2021
2271

Türkiyənin məşhur cütlüyü Kıvanç Tatlıtuğ ilə Başak Dizer yenidən məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, 2 ildir Sinan Altınbaş adlı şəxs tərəfindən təhdid olunan cütlük uzaqlaşdırma qərarının yeniden qüvvəyə minməsini istəyib.

Hakim istəyi rədd edib. Səbəb isə yeni bir təhdidin olmamasıdır.

Qeyd edək ki, Altıntaş ötən il sosial şəbəkədə Tatlıtuğa "Həbsxanaya girəcəksən, orada sənə nələr edəcəklər bir gör", Başaka isə "Ərini öldürüb səni itim edəcəyəm" sözlərini yazmışdı.

0