Türkiyəli məşhur aktrisa Özge Özpirincçininin İstanbuldakı evinə polis basqını olub.
Hit.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə aktrisanın 35 yaşını qeyd etdiyi zaman baş verib.
Tədbirə aktrisanın sevgilisi Burak Yamantürk, eləcə də Kıvanc Tatlıtuğ, Başak Dizer Tatlıtuğ, Uraz Kaygılaroğlu, Berrak Tüzünataç və Murat Dalkılıç kimi məşhurlar da qatılıb.
Məlumata görə, yüksək səsdən narahat olan qonşular ərazi üzrə polis bölməsinə zəng edərək şikayətçi olub.
Polis yoxlamalar zamanı COVID-19 qaydalarına uyğun hərəkət edildiyi qənaətinə gələrək ev sahiblərinə cərimə yazmaqdan vaz keçib və oradan uzaqlaşıb.