Xalq artisti Rafiq (Rəmiş) Hüseynov 1 saylı Kliniki Mərkəzdən "Qurd qapısı" qəbiristanlığına yola salınacaq.
HİT.Az xəbər verir ki, Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında həyat yoldaşının koronavirusa yoluxmadınğını deyib: "Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar... Bu gecə yatmadım. Dedim, bəlkə insafa gəlib, evə qayıdıb gələr.
Morqdan cənazəsini bizə vermədilər. O, koronavirusa yoluxmamışdı. And içirəm ki, korona xəstəsi deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə adını korona qoydular.
Xəstəxanadan bizə xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar".
Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib: "Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hər söz deyə bilərlər. Allah göydən baxır. Xəstəxananın arxa qapısından yox, təcili yardımın qapısından çıxmışam".