Türkiyəli aktyor Muharrem Erdemir vəfat edib.
Hit.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, koronavirusa yoluxan sənətçi uzun müddətdir xəstəxanada müalicə alırdı. Bir neçə gün əvvəl isə o, oksigen aparatına bağlanmışdı.
Onun ölüm xəbərini qızı Eda Erdemir yayıb. "Atamı gecə itirdik. Müdaxilələrə baxmayaraq, onu xilas edə bilmədilər. Sivasda dəfn olunacaq" deyə, o, söyləyib.
Qeyd edək ki, mərhum tamaşaçılara "Arka sokaklar", "Kertenkele", "Akasya durağı" və "Ihlamurlar altında" kimi ekran işlərindən tanışdır.