Müğənni Yeganə Akbudak (Mürsəlova) Türkiyədə fəaliyyət göstərməsinə peşman olub.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "10-qat şou"da deyib. O bildirib ki, artıq orada şou-biznesə qatılmaq üçün pul tökməyəcəyini söyləyib:
"Ailə həyatı qurmazdan əvvəl Türkiyədə işlər gördüm. Amma heç biri buradakı qədər tanınmağıma səbəb olmadı. Harada tanınmağa ilk başlasan, orada da qalacaqsan. Türkiyədə nə qədər işlər görsəm, kliplər çəkdirsəm, albomlar çıxarsam da alınmayacaq. Kliplərimə orada buradakından üç-beş qat artıq pul tökürdüm".