Tanınmış repçi Qurd (Fərid Eminov) qonaq olduğu "10-da görüşək' verilişində maraqlı açıqlamalarla diqqət çəkib.
Unikal.org xəbər verir ki, o, hazırda Bakı Nəqliyyat Agentliyində baş mühəndis vəzifəsində çalışdığını bildirib: "Təhsilim nəqliyyatla bağlıdır. Bu, artıq neçənci vəzifəmdir ki, icra edirəm. Hazırkı işimdən də razıyam".
Repçi müğənni Nadir Qafarzadənin sözügedən qurumu tənqid etməsinə "Biz qanun tərəfdarıyıq" deməklə cavab verib.