Xalq artisti Röya Ayxan etdiyi etiraflarla yenə hamını təəccübləndirib.
HİT.az xəbər verir ki, Xəzər TV-də efirə gedən "Danışan cavab" verilişinin qonağı olan müğənni uşaqlıq illərindən danışıb.
Ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşadığını xatırladan Röya uşaqlıq illərininin çətin keçdiyini deyib: "Uşaq olanda heç bir arzum həyata keçmədi. Bir dəfə təzə nəsə almadılar ki, camaata göstərib qürrələnim. Uşaqlara göstərməyə təzə heç nəyim olmayıb".
Röyanın sözlərinə görə, maddi sıxıntılar onu uzun illər təqib edib: "Trioda oxuyanda da kasıb idik. Natavanla Elnarənin telefonu vardı. Onlardan geri qalmamaq üçün bir dəfə xalamın "Matorolla" telefonunu oğurladım. Həmin gün telefon əlimdə bütün şəhəri gəzdim ki, hamı görsün. Həmişə o günləri xatırlayanda qəribə hisslər keçirirəm".